Prezidentin vəzifə verdiyi Fərid Cəfərov kimdir?

prezidentin-vezife-verdiyi-ferid-ceferov-kimdir
Oxunma sayı: 24438

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Fərid Tahir oğlu Cəfərovun Gənclər Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, F. Cəfərov Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsini bakalavr və magistr dərəcəsi üzrə bitirib. 

O, ardıcıl olaraq Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində attaşe, III katib və II katib, BMT-nin İnkişaf Proqramı (UNDP) və BMT-nin Əhali Fondunun (UNFPA) İcraiyyə Şurası bürosunda vitse-prezident, XİN-də II katib vəzifələrini tutub.

Sonuncu iş yeri isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Beynəlxalq Əməkdaşlıq şöbəsinin rəisi vəzifəsi olub.