Prezidentinin sərəncamı ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət ediləcək

prezidentinin-serencami-ile-bagli-konstitusiya-mehkemesine-muraciet-edilecek
Oxunma sayı: 634

Müzakirələrin sonunda Azərbaycan Respublikası Prezidentinin dini fəaliyyətlə bağlı qanunvericiliyə bəzi dəyişikliklərin edilməsi haqqında sərəncamı ilə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edilməsi qərarlaşdırılıb. Belə ki, blokun rəhbərliyi hesab edir ki, adıçəkilən sərəncamla nəzərdə tutulan dəyişikliklər ölkə konstitusiyasına ziddir və qanuni qüvvəyə minə bilməz.

Daha sonra siyasi məhbuslar və bununla əlaqədar ölkəyə artan haqlı iradlar məsələsini müzakirə edən blok rəhbərliyi, bütün siyasi məhbuslara şamil olunacaq amnistiya qanununun qəbul olunması məsələsinin Qarabağ bloku adından parlamentdə qaldırılmasını millət vəkili İqbal Ağazadəyə həvalə edib.