Prezidentlə ailəsinin olduğu vertolyot təcili eniş edib

prezidentle-ailesinin-oldugu-vertolyot-tecili-enis-edib
Oxunma sayı: 1712

Argentina prezidentinin vertolyotu hava şəraitinə görə təcili eniş etməli olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, vertolyotun göyərtəsində prezident Maurisio Makri və ailə üzvləri olub. 

Makri kurort şəhər olan Çapadmalala istirahətə yollanırdı, lakin fırtına və güclü külək pilotları təcili eniş etməyə məcbur edib. Prezident və ailəsini gözləyən xüsusi kortej onları lazımi ünvana çatdırıb.