Prezidentlə xanımı müharibə veteranları ilə görüşdü - Fotolar

prezidentle-xanimi-muharibe-veteranlari-ile-gorusdu
Oxunma sayı: 5066

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub, cəsur sərkərdənin xatirəsini ehtiramla yad edib.

Prezident və birinci xanım Böyük Vətən müharibəsi veteranları ilə xatirə şəkli çəkdirib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında İlham Əliyevin qarşısından keçib.

Azərbaycan prezidenti və birinci xanım Mehriban Əliyeva Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə görüşüb, Qələbə günü münasibətilə onları təbrik edib.

Mərasimdə baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.