Prezidentlə xanımı təltifetmə mərasimində - Fotolar

prezidentle-xanimi-teltifetme-merasiminde
Oxunma sayı: 5001

İtaliya prezidenti Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri çərçivəsində iyulun 18-də təltifetmə mərasimi keçirilib.
 
“Qafqazinfo”nun məlumatına görə, mərasimdə İtaliya prezidenti Sercio Mattarellanın Azərbaycanın ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, prezidentin qızı Laura Mattarellanın “Şöhrət” ordeni, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesinin isə “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan prezidentinin sərəncamları oxunub.
 
Sərəncamlarda deyilir ki, prezident Sercio Mattarella Azərbaycan ilə İtaliya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə, Laura Mattarella ölkələrimizin humanitar əməkdaşlığının, Enzo Moavero Milanesi isə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində xidmətlərinə görə bu ordenlərlə təltif olunublar.
 
Dövlət başçısı İlham Əliyev ordenləri təqdim edib. Sonra Azərbaycan prezidenti İlham Əliyevin İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni və birinci xanım Mehriban Əliyevanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni ilə təltif edilməsi haqqında İtaliya Respublikasının prezidentinin - “Xidmətlərinə görə” ordenin rəhbərinin 2018-ci il iyulun 12-də imzaladığı sərəncamlar elan edilib.

İtaliya prezidenti Sercio Mattarella ordenləri təqdim edib.