Prezidentlər təkbətək görüşdü - Fotolar

prezidentler-tekbetek-gorusdu
Oxunma sayı: 1642

Azərbaycan prezidenti İlham Əliyevin İtaliya prezidenti Sercio Mattarella ilə təkbətək görüşü olub.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər istiqamətlərdə uğurla inkişaf etdiyi vurğulanıb. Sercio Mattarellanın Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.