Prezidentlər və xanımları abidənin açılışında - Fotolar

prezidentler-ve-xanimlari-abidenin-acilisinda-fotolar
Oxunma sayı: 645

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Serbiya Prezidenti Tomislav Nikoliç, xanımı Dragitsa Nikoliç açılış mərasimində iştirak ediblər.

Prezidentlər İlham Əliyev və Tomislav Nikoliç abidənin üzərindəki örtüyü götürdülər, önünə gül dəstələri qoydular.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Serbiyanın birinci xanımı Dragitsa Nikoliç də abidə önünə gül dəstələri qoydular.

Qonaqlara məlumat verilib ki, paytaxtın mərkəzində, Azadlıq prospekti və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən parkda ucaldılmış abidənin müəllifləri Xalq Rəssamı, heykəltəraş Ömər Eldarov və Əməkdar Memar Sənan Salamzadədir. Bürüncdən hazırlanmış abidənin hündürlüyü postamentlə birlikdə 3,3 metrdir. Abidənin fonunda görkəmli alimin əsas ixtiralarından olan dəyişən cərəyan generatorunu əks etdirən dekorativ panno quraşdırlmışdır. Abidənin yerləşdiyi park abadlaşdırılmış, sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılmışdır.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Prezident Tomislav Nikoliç, xanımı Dragitsa Nikoliç abidə önündə xatirə şəkli çəkdirdilər.