Prezidentlərin toplantısı başlayır

prezidentlerin-toplantisi-baslayir-
Oxunma sayı: 648

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, bu toplantıda digər Türkdilli ölkələrlə yanaşı Azərbaycanın da nümayəndələri iştirak edib.

Toplantının qərarına əsasən ilk dəfə olaraq Türkdilli Dövlətlərinin Universitetlərinin İdman Federasiyası yaradılıb. 2010-cu ilin oktyabr ayında Federasiyanın təşkilatçılığı ilə Türkiyənin Ankara şəhərində Türkdilli dövlətlərinin tələbələri arasında I İdman Oyunları keçirilib və respublikamızın tələbə-idmançıları bu tədbirdə 5 idman növündən iştirak ediblər.

Bu işlərin davam etdirilməsi, türkdilli dövlətlərin universitet idman federasiyaları arasında əlaqələrin genişləndirilməsi məqsədilə federasiya tərəfindən Gənclər və İdman nazirliyinə müraciət edilib və 05 – 08 iyul 2012-ci il tarixlərində Bakı şəhərində Türkdilli dövlətlərin idman federasiyalarının rəhbərlərinin toplantısının keçirilməsi təklif olunub.

Bu gün gerçəkləşən görüşdə Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan dövlətlərindən 10 nəfərə yaxın nümayəndə heyəti iştirak edir.

Ceyhun Əhmədov