Prezidentliyə namizəd güllələndi

prezidentliye-namized-gullelendi
Oxunma sayı: 648

Bir qədər əvvəl Ermənistan prezidentliyinə namizəd, Milli Müqəddərat İttifaqı Partiyasının sədri Paruyr Ayrikyana sui-qəsd olub. Hadisə İrəvanın mərkəzində baş verib. Paruyr Ayrikyan döş qəsəfindən güllə yarası alıb və “Qriqor Lusavoriç” tibb mərkəzinə aparılıb.

Hadisə yerində polis əməkdaşları işləyir. Ermənistanın daxili işlər naziri Vladimir Qasparyanın da ora yollandığı bildirilir.

Qeyd edək ki, Ermənistanda prezident seçkiləri fevralın 18-də keçiriləcək. Seçki kampaniyası yanvarın 21-də başlayıb. Paruyur Ayrikyan Ermənistanın bir sıra bölgələrində görüşlər keçirib.(anspress.com)