Prezidentliyə namizəd xalqı təbrik etdi

prezidentliye-namized-xalqi-tebrik-etdi
Oxunma sayı: 1053


Ümid Partiyasının Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, xalqımızı Ramazan bayramı  münasibəti ilə təbrik edir, oruc tutan bütün müsəlmanların ibadət və dualarının qəbul olunmasını Allahdan  diləyirəm!  Xalqımız daha bir Ramazan Bayramı sevincini yaşayır. Bu bayramın hər şeydən əvvəl  millətimizə, islam dünyasına, insanlığa xeyir gətirməsini, işğal altında olan torpaqlarımızın  azad olmasını, xalqın  azad, demokratik bir cəmiyyətdə xoşbəxt, firavan və əmin-amanlıq içərisində yaşamasını, küskünlüklərin aradan qalxmasını, qardaşlıq və dostluq duyğularının qüvvətlənməsini  arzulayıram.

Allah mübarək  Ramazan ayında etdiyiniz bütün duaları qəbul etsin!