Primadonna ilə Nuri Sərinləndiricinin “Sevgi nağılı”

primadonna-ile-nuri-serinlendiricinin-sevgi-nagili
Oxunma sayı: 4455


Bu haqda Sərinləndiricinin Azərbaycan üzrə yaradıcı layihələrinə rəhbərlik edən Lamiyə Ələkbərqızı məlumat verib:
"İlhamə xanımla Nurinin duet oxuması ideyasının təşəbbüskarı mən oldum. Söz və musiqisi Faiq Erola məxsus olan "Sevgi nağılı" mahnısını seçməyənə qədər bir neçə bəstəkarlar öz əsərlərini bizə təqdim etmişdilər. 

Çox müzakirələrdən sonra komanda olaraq qərar verib bu duetin yazılmasını lazım bildik.

Layihəmizin bir başqa özəlliyi də odur ki, duet nə internetdə yerləşdirilib, nə də radio dalğalarında səslənir. Yekdilliklə qərar verdik ki, "Sevgi nağılı"na klipi ilə birgə tanıtım edək. İstəyimizə çatdıq deyə bilərəm. Moskvada böyük bir yaradıcı heyət ekran işinin çəkilişlərini mükəmməl şəkildə gerçəkləşdirdilər.

Ostankinoda çalışan peşəkar komandanın əziyyətini məxsusi vurğulayıb onlara təşəkkür edirik. Süjet xəttini açıqlamaq istəmirəm. 

Bircə onu deyim ki, İlhamə xanımla Nuri aktyor bacarıqlarını maksimum sərgilədilər. Onlar tərəf müqabili kimi çox mükəmməl görünürlər. İnşAlllah klipə baxacaq tamaşaçılar bu sözlərimə haqq qazandıracaqlar". 

Qeyd edək ki, "Sevgi nağılı" nın təmtəraqlı təqdimatı Yeni il ərəfəsində, Bakıda baş tutacaq. Həmin tədbirə media nümayəndələri ilə yanaşı sənət-dünyasının say-seçmə ulduzları da dəvət olunacaqlar. 

Könül