Primadonnanın vəkilindən Nazpəriyə cavab

primadonnanin-vekilinden-nazperiye-cavab
Oxunma sayı: 1794


“Qafqazinfo”ya açıqlamasında vəkil məhkəmə prosesinin artıq başa çatdığını bildirib: 

“Ötən  həftə İlhamə Quliyeva və Nazpəri Dostəliyeva arasında keçirilən məhkəmə prosesi baş tutdu. İlhamə xanımın nümayəndəsi kimi həm mən, həm də Ceyhun Cəfərov  iştirak edirdi. Yasamal Rayon məhkəməsində dövlətin adından  qəraı çıxaran hakim İlahə Abbasovadır. Orada linqvistik rəy gələndən sonra məhkəmə qətnamə qəbul edib. Qərara görə, Nazpəri Dostəliyevanın İlhamə xanıma qaldırdığı iddianın heç bir əsası yoxdur.   Linqivistik ekpertizanın xərcləri   250 manat Nazpəri Dostəliyevadan tutularaq dövətin xeyrinə tutulub. Qətnamədə  göstərildi ki, Dostəliyevanın İlhamə xanıma qarşı qaldırdığı iddia yersizdir, həqiqətə uyğun deyil və  Nazpəri xanımın iddiası rədd olunub. Qətnaməni də dövlətin hakimi İlahə Abbasovadır, qərar çıxaran Habil Vəliyev deyil ki, yalan danışsın. Məhkəmə prosesi tamamlandı. Qarşı tərəfin nümayəndələri məhkəməyə gəlmədilər. Yalnız bir-iki dəfə gəldilər. Yəqin, başa düşdülər ki, qaldırdıqları iddianın heç bir prespektivi yoxdur. Biz heç vaxt yalan danışmırıq. Nazpəri Dostəliyevanın da normal cavabı sabah “Gündəlik Bakı” qəzetində  çap olunacaq. Nazpəri Dostəliyevaya çatdırmaq lazımdır ki, Habil Vəliyev 19 yaşında Azərbaycan uğrunda gedən döyüşlərdə iştirak edib, mən müharibə veteranıyam, yalan danışan deyiləm”.

Könül