Probasiya xidmətinin statusu müəyyənləşdirildi

Probasiya xidmətinin statusu müəyyənləşdirildi
Oxunma sayı: 1110

Ədliyyə Nazirliyinin Probasiya xidməti nazirlikdə baş idarə səlahiyyətli olacaq.
 
“Qafqazinfo”nun məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb.
 
Nazirlər Kabinetinə Ədliyyə Nazirliyinin Probasiya xidmətinin kadr korpusunun formalaşdırılması məqsədi ilə Ədliyyə Nazirliyinin işçilərinin ümumi say həddini 65 ştat vahidi artırmaq, Ədliyyə Nazirliyinin Probasiya xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.
 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 10 fevral 2017-ci ildə  “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi və idarəçilik mexanizminin təkmilləşdirilməsi tədbirləri davam etdirilsin. Cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkil edilməsi və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyinin Probasiya xidməti yaradılsın.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi