“Problemləri dövlət öz gücünə həll edir”

problemleri-dovlet-oz-gucune-hell-edir
Oxunma sayı: 672



“Qafqazinfo” xəbər verir ki, bu fikirləri yap.org.az saytına «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin sədri Bayram Səfərov deyib. B.Səfərov bildirib ki, bu insanların problemlərini Azərbaycan dövləti öz gücünə həll edir. Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətimizin, prezidentin daim diqqət mərkəzindədir, prioritet məsələlərdən biri kimi bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. “Ulu öndərin siyasi xəttinin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü ilin oktyabr ayında prezident seçkiləri ərəfəsində görüşlərindən birini Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirdi və orada bütün çadır şəhərciklərinin ləğv olunacağını bəyan etdi. Bu fikir tezliklə həyatda öz təsdiqini tapdı. Bu insanların sosial rifahı, həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı sistematik, davamlı işlər görülür. Bildiyiniz kimi, bir neçə ildir ki, çadır şəhərcikləri ləğv edilib və orada məskunlaşmış qaçqın və məcburi köçkünlərin yaşaması üçün yeni qəsəbələr salınıb. Qeyd edim ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə qaçqın və məcburi köçkünlərin sosial rifahının yüksəldilməsi istiqamətində əhəmiyyətli qərarlar, dövlət proqramları qəbul edilib. Ümumiyyətlə, məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində dövlət başçısı tərəfindən xeyli sayda Fərman və Sərəncam imzalanıb. Bu sənədlərin icrası məcburi köçkünlərin sosial rifahının yüksəlməsində mühüm rol oynayır”.