Problemli kreditlərin həcmi artıb

problemli-kreditlerin-hecmi-artib
Oxunma sayı: 1024

Yanvar-oktyabr aylarında əhalinin banklardakı əmanətlərinin həcmi  2,3% azalıb. 

“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, noyabr ayının 1-nə banklardakı əmanətlərin həcmi 7 milyard 280,1 milyon manat təşkil edib.

Qeyd edək ki, ilin sonuna bu rəqəm 7 milyard 448,7 milyon manat olub. 

Hesabat dövründə kredit qoyuluşlarının həcmi 11731.9 milyon manat olub. Vaxtı keçmiş kreditlərin məbləği bu il noyabrın 1-nə 1 889,6 mln. manat təşkil edib. Bu, oktyabrın 1-i ilə müqayisədə 32,5 mln. manat və yaxud 1,75% çoxdur.

İlin əvvəlinə nisbətən problemli kreditlər 417 milyon manat və yaxud 28,3%, son 1 ildə isə 514 mln. manat və yaxud 37,4% artıb.

Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 15,55% təşkil edib.