Professor Bakı Ali Neft Məktəbində olub

professor-baki-ali-neft-mektebinde-olub
Oxunma sayı: 778



“Qafqazinfo” xəbər verir ki, Bakı Ali Neft Məktəbinin professor müəllim heyəti ilə görüşdə rektor  Elmar Qasımov qonağa təhsil müəssisəsinin yaranma tarixi, 2-illik fəaliyyəti ərzində əldə etdiyi uğurları, tədris prosesinin Böyük Britaniyanın Heriot-Vatt Universitetinin proqramları və müasir texnologiyalar əsasında həyata keçirildiyi haqqında məlumat verib və məzunlara hər iki ali təhsil müəssisəsinin diplomlarının veriləcəyini qeyd edib. Rektor təhsil müəssisəsinin fəaliyyətində beynəlxalq əlaqələrin genişləndirilməsinin prioritet istiqamət olduğunu bildirib, bu istiqamətdə görülmüş işlər, Avropa ölkələrinin bir sıra aparıcı təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri  haqqında qonağı məlumatlandırıb, Qara Dəniz Universitetləri şəbəkəsi ilə əməkdaşlıq əlaqələrinin qurulmasının Bakı Ali Neft Məktəbinin Qara Dəniz hövzəsi ölkələrinin aparıcı universitetləri ilə əməkdaşlığının genişləndirilməsində önəmli rol oynayacağını qeyd edib, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün təkliflər irəli sürmüş və şəbəkənin rəhbərliyinə kollektivin minnətdarlıq hisslərini çatdırıb.

Professor Eden Mamut Azərbaycanın gənc və müasir tipli texniki ali təhsil müəssisəsində olmağından məmnunluq hissləri keçirdiyini bildirib, rəhbərlik etdiyi təşkilatın Qara Dəniz hövzəsi ölkələrinin ali təhsil müəssisələri arasında mütəxəssis hazırlığı, elmi-tədqiqat işləri, informasiya, təcrübə mübadiləsi kimi istiqamətlər üzrə əməkdaşlıq əlaqələrinin qurulmasına xidmət etdiyini  vurğulayıb, bu işlərin həyata keçirilməsi üçün təşkil edilən konsorsiumlar və mərkəzlərin yaradılması, biliklərin yayılmasının proseslərinə universal yanaşmalar haqqında məlumat verib və  Bakı Ali Neft Məktəbinin bu təşkilata  üzv qəbul edildiyini bildirib.

Görüş zamanı Bakı Ali Neft Məktəbi ilə Qara Dəniz Universitetləri Assosiasiyasına üzv olan universitetlər arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.

Daha sonra professor Eden Mamut Bakı Ali Neft Məktəbinin Qara Dəniz Universitetləri şəbəkəsinə üzv qəbul edildiyini təsdiqləyən sertifikatı təhsil ocağının rektoru Elmar Qasımova təqdim edib.
Görüşün sonunda Bakı Ali Neft Məktəbi ilə Qara Dəniz Universitetləri şəbəkəsi arasında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfələrə görə professor Eden Mamuta “Fəxri qonaq” diplomu təqdim edilib.