Prokuror 300 minlik əmlakı mənimsəyən qadına 8 il iş istədi

prokuror-300-minlik-emlaki-menimseyen-qadina-8-il-is-istedi
Oxunma sayı: 1505

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən lombard sahibi Dürrə İsmayılovaya cəza istənilib. 

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək D.İsmayılovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində həbs qətimkan tədbiri seçilməsini istəyib.

Proses fevralın 23-də davam etdiriləcək.

İttihama görə, Bakı şəhəri Xətai rayonunda lombard fəaliyyətiylə məşğul olan Dürrə İsmayılova 200 nəfərdən çox şəxsin girov qoyduğu 300 min manatlıq əmlakı mənimsəyib. 

Murad Əhməd