Prokuror Çovdarovun işində ittihamdan qismən imtina edib

prokuror-covdarovun-isinde-ittihamdan-qismen-imtina-edib
Oxunma sayı: 2304

“MTN işi” üzrə təqsirləndirilənlər – general Akif Çovdarov və əməkdaşları polkovnik Səlim Məmmədov, Akif Əliyev, Orxan Osmanovun cinayət işi üzə keçirilən məhkəmədən yeni maraqlı məlumat ortaya çıxıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, dövlət ittihamçısı Vüqar Quliyev adıkeçən şəxslərə cəza istəyərkən mülki iddiaların bir qismini müdafiə etməyib.

Bu barədə S.Məmmədovun vəkili Cavid Rzazadə feysbuk hesabında məlumat paylaşıb.

V.Quliyev Baş Prokurorluq tərəfindən irəli sürülən ittihamda mənəvi zərərin vurulması ilə hissənin məhkəmədə sübuta yetirilmədiyini deyib və təmin edilməməsini istəyib. İttihamda zərərçəkmiş şəxslərdən 16 nəfəri yalnız mənəvi olaraq zərər çəkdiyi qeyd olunub. Belə ki, ittihamçı onların zərərçəkmiş olmasının sübuta yetirilmədiyini açıqlayıb. 
Vəkil qeyd edib ki, dolayısı ilə bu hal ittihamdan qismən imtina hesab olunmalıdır.

Qeyd edək ki, yaxın günlərdə adıçəkilən şəxslərə hökm oxunması gözlənilir. Hazırda məhkəmə müşavirədədir.

Murad Əhməd