Prokuror keçmiş prezidentə ölüm hökmü istədi

prokuror-kecmis-prezidente-olum-hokmu-istedi
Oxunma sayı: 631

Mübarək və sabiq polis zabitləri 2011-ci ilin əvvəllərində dinc nümayişçilərin öldürülməsində ittiham olunurlar.

Hüsnü Mübarək 1928-ci il mayın 4-də anadan olub. İxtisasca hərbi təyyarəçidir. 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlib. 1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1972-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini təyin olunub.


1975-ci ildə vitse-prezident postuna keçən Hüsnü Mübarək 1981-ci ildə dövlət başçısı Ənvər Sədat öldürüləndən sonra prezident kürsüsünü götürüb. 1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxlayıb. 2005-ci ildə ümumxalq səsverməsində yenidən prezident seçilib.

2011-ci il fevralın 11-də xalq hərəkatının təzyiqləri nəticəsində istefa verib.