Prokuror Lapşinə cəza istədi

Prokuror Lapşinə cəza istədi
Oxunma sayı: 1142

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Belarusiyada həbs edilərək Azərbaycana ekstradisiya edilən, dövlət sərhədini qanunsuz pozmaqda təqsirləndirilən bloqer Alekksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək A.Lapşinin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Lapşinin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib. Proses iyulun 19-da davam etdiriləcək. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi