Prokuror polkovnikin cəzalandırılmasını tələb edəcək

prokuror-polkovnikin-cezalandirilmasini-teleb-edecek
Oxunma sayı: 1220

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən MTN polkovniki Vüqar Güləli, Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçısı cəza istəmək üçün hazır olmadığını deyib. Proses noyabrın 21-də davam etdiriləcək. Növbəti iclasda adıçəkilən şəxslərə cəza tələb ediləcək.

İttihama görə, adıçəkilən şəxslər Səriyyə Tahirovanın həyat yoldaşı Rafiq Tahirov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini vəd verərək ondan 89 min 800 manat alaraq qaytarmayıblar. R.Tahirov qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitə gətirdiyi üçün MTN tərəfindən saxlanılıb. Məhkəmənin hökmü ilə R.Tahirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, təqsirləndirilən şəxslər Elçin Orucovu polisə işə düzəltmək üçün  atası Əkbər Orucovdan 8 min manat, Misir Əhmədovdan oğlunu polisə işə düzəltmək adı ilə 8100 manat pul alıblar.

Həmçinin, iranlı məhkumların İrana ekstradisiya edilməsi üçün pul lazım olduğunu, qarşılığında isə 1 milyon dollar pul qazanacaqlarını, əldə edilən puldan onlara da pay verəcəklərini vəd edərək Aybala Namazovadan 35 min manat, Ədalət Əsgərovdan 115 min manat alaraq qaytarmayıblar.

Qeyd edək ki, V.Güləliyev və Nicat Əliyev barəsində həbs qətimkan tədbiri seçilib, digərləri barəsində isə başqa yerə getməmək qərarı verilib.
V.Güləliyev ləğv edilmiş MTN-nin Laçın rayon şöbəsinin, sonra isə nazirlikdə İran xətti üzrə şöbənin rəisi işləyib, hazırda təqaüddədir.

Murad Əhməd