Prokurorluğun nümayəndəsi İstanbulda

prokurorlugun-numayendesi-istanbulda-
Oxunma sayı: 639

Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, foruma dünyanın 26 ölkəsindən yüksək səviyyəli nümayəndə heyətləri qatılıb. Tədbirdə Azərbaycan Prokurorluğunu Baş prokurorun müavini Namiq Əsgərovun rəhbərliyi ilə baş prokurorun köməkçisi Elşən Albəndov və Beynəlxalq əlaqələr idarəsinin Beynəlxalq hüquqi əməkdaşlıq və protokol xidmətinin rəhbəri İsmayıl Qayıbovdan ibarət nümayəndə heyəti təmsil edib.

Forumda beynəlxalq müstəvidə olan cinayətlərin təqibi, mütəşəkkil cinayətkarlığın təqibində texniki yardım, cənub-şərqdən Qərbi Avropaya siqaret qaçaqmalçılığı, Avropanın şərq və qərb marşrutları üzrə insan alveri, internet vasitəsilə qumar oyunları və idman oyunlarında dələduzluq elementləri mövzusunda məruzələr dinlənilərək müzakirələr aparılıb.

Tədbirin noyabrın 27-də keçirilmiş 4-cü sessiyasında Ermənistan Respublikası Baş prokurorunun müavini iclasın protokol qaydalarına zidd olaraq azərbaycanlı zabit Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyasının qeyri-legitimliyi barədə siyasi bəyanat verib.

Bununla əlaqədar Forum təşkilatçıları adından Saksoniya Torpağının Baş prokuroru Klaus Fleixmann çıxış edərək Ermənistan nümayəndəsinin tədbirin reqlamentini kobud şəkildə pozmaqla mövzuya aid olmayan siyasi məsələyə toxunduğunu və belə bir bəyanatla çıxış edilməsinin qətiyyən yolverilməzliyini xüsusi vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri N.Əsgərov replika hüququndan istifadə edərək Ermənistan tərəfinin qaldırdığı məsələnin tam əsassız olduğunu qeyd edib, Ramil Səfərovun Azərbaycana 1983-cü il tarixli “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasının tələblərinə müvafiq həyata keçirildiyini, onun Azərbaycan Prezidenti tərəfindən ölkə Konstitusiyasının 109-cu maddəsinə əsasən, qüvvədə olan qanunvericiliyə və beynəlxalq normalara tam uyğun əfv edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.