Prokurorluq Aydın Mirzəzadə ilə bağlı xəbər yaydı

prokurorluq-aydin-mirzezade-ile-bagli-xeber-yaydi
Oxunma sayı: 648

Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo” ya daxil olan məlumata görə, hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Müəyyən edilib ki, yol nəqliyyat hadisəsi zamanı Ağdam rayonunda keçiriləcək tədbirdə iştirak etmək üçün səfərə çıxmış Milli Məclisinin deputatları Aydın Mirzəzadə və Elman Məmmədov sərnişin qismində avtomobildə olublar.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.