Prokurorluq cinayət işi açdı

prokurorluq-cinayet-isi-acdi
Oxunma sayı: 1481


Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, araşdırmalar zamanı MMC-nin vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə edərək cəmiyyət tərəfindən Abşeron rayonunun Ceyranbatan qəsəbəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı mənzilləri qanunsuz olaraq təkrarən ayrı-ayrı şəxslərə satmaqla vətəndaşlara 855.0 min manat məbləğində ziyan vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə vətəndaşlara vurulmuş ziyanın ödənilməsi və onların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.