Prokurorluq daha bir cinayətin üstünü açdı

prokurorluq-daha-bir-cinayetin-ustunu-acdi
Oxunma sayı: 1393


Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə,araşdırma zamanı Mingəçevir şəhər sakini Tural Məmmədovun Rəkanət Əhmədovanın etibarından sui-istifadə edərək əri Mirzə Əhmədovla birgə nigah müddətində alqı-satqı yolu ilə aldıqları mənzili mülkiyyətçilərinin notarial qaydada təsdiq olunmuş razılığı tələb olunduğu halda, Mirzə Əhmədovdan belə razılıq alınmadan və yalnız Rəkanət Əhmədovanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax rayon ərazi idarəsindən çıxarış alınması üçün verdiyi etibarnamə əsasında başqa şəxsin götürdüyü kreditin təminatı kimi “Kapital Bank” ASC-nin Mingəçevir şəhər filialında girov qoymasında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri  ilə cinayət işi başlanıb. 

Hazırda iş üzrə istintaq davam etdirilir.