Prokurorluq əməkdaşı Timoşenkonun döyülmədiyini deyir

prokurorluq-emekdasi-timosenkonun-doyulmediyini-deyir-
Oxunma sayı: 646

Qafqazinfo”nun məlumatına görə, bu sözləri “Kanal 5” televiziyasına müsahibə verən Ukrayna Baş prokurorluğunun əməkdaşı Vadim Qoran deyib.

Qoran deyib ki, Cinayət –Prosessual Məcəlləsinə görə 10 gün ərzində araşdrma aparıb, sonda qərar veriləcək. Baş prokurorluq əməkdaşının bildirdiyinə görə, Yuliya Timoşenkonun fiziki xəsarət yetirilməsi barədə iddiaları özünü doğrultmayıb. Baş prokuror əməkdaşı zədələrin küt alətlər vasitəsilə və yaxud bu alətlərə toxunmaqdan yarana biləcəyini deyib.

Onun sözlərinə görə, məhkəmə tibb eksperizasının əməkdaşları bu qənaətə gəliblər ki, Timoşekonun bədənindəki zədələr aprelin 20-də əmələ gəlməyib.

Xatırladaq ki, Yuliya Timoşenkonun Xarkovdakı Kaçanovsk koloniyasından kliniki xəstəxanaya köçürülərkən aldığı xəsarətlərlərlə bağlı şəkilləri yayılıb. Fiziki xəsarət aldığını keçmiş baş nazir özü də təsdiq edib. Ombudsman Nina Karpaçeva onları Kiyevdə diplomatlarla görüşdə nümayiş etdirib.

Dövlət penitensiar xidmət isə təsdiqləyib ki, koloniyanın əməkdaşlarının Yuliya Timoşenkoya qarşı davranışı zorakılıq xarakteri daşımayıb və mövcud normativ əsaslı tələblərə ciddi riayət olunaraq həyata keçirilib.