Prokurorluq Ərdoğanla bağlı qərar verdi

prokurorluq-erdoganla-bagli-qerar-verdi
Oxunma sayı: 638

Belə ki, “Wikileaks” sənədlərində yazılıb ki, vaxtı ikən ABŞ-ın Ankara səfiri olan Erik Edelman Amerika Xarici İşlər Nazirliyinə Rəcəb Tayyip Ərdoğan haqda məlumatlar ötürüb. Həmin sənədlərdəki iddiaya görə, baş nazir Ərdoğanın İsveçrənin banklarında 8 ayrı hesabı var. "O, bəzi özəlləşdirmələrdən öz xeyirinə istifadə edib, İstanbul Böyükşəhər Bələdiyyə Başkanlığı dövründə 7 ayrı korrupsiya xarakterli işlər bağlanıb, haqsız mal əldə edib"- kimi iddialar yer alıb.

Türkiyənin Xalqın Qurtuluşu Partiyası bu iddalara əsaslanaraq 2010-cu il 3 dekabr tarixində R.T. Ərdoğana qarşı cinayət işinin açılmasını tələb etmişdi.

Artıq Ankara Respublika Baş Prokurorluğu bu iddialarla bağlı araşdırma və ya cinayət işinin açılmasının mümkünsüzlüyünə dair qərar verib.

Ərdoğanın nazir olduğu müddətdə bu cür iddiaları araşdırmaq səlahiyyəti Türkiyə Konsitutsiyasının 100-cü və TBMM qaydalar prosedurunun 107-ci maddəsinə görə məhz TBMM-yə məxsusdur. Bu səbəbdən hüquqi qiymətləndirmələrin aparılmadığı açıqlanıb.