Prokurorluq İmişli cinayəti haqda açıqlama yaydı

prokurorluq-imisli-cinayeti-haqda-aciqlama-yaydi
Oxunma sayı: 649

Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları dərhal İmişli rayonuna ezam edilib, onların iştirakı ilə rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə, meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İstintaqla müəyyən edilibr ki, aşkar olunan meyit taksi sürücüsü kimi fəaliyyət göstərən 1967-ci il təvəllüdlü İmişli şəhər sakini Orucov Məsudi Tahir oğluna məxsusdur.
Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə hadisənin baş vermə səbəbləri və cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.