Prokurorluq prorektorun ölümü ilə bağlı xəbər yaydı

Prokurorluq prorektorun ölümü ilə bağlı xəbər yaydı
Oxunma sayı: 236

Trend-in məlumatına görə, adıçəkilən qurumların mətbuat xidmətlərinin məlumatında deyilir ki, sentyabrın 16-da saat 08:00 radələrində Yasamal rayonu, Şərifzadə küçəsi, 527/21-ci məhəllə, ev 2A, mənzil 8-də yaşamış, 1942-ci il təvəllüdlü, Təfəkkür Universitetinin prorektoru vəzifəsində işləmiş Əhmədov Tariyel İbrahim oğlunun başının arxa təpə nahiyyəsində beyin sümüklərinin qəlpəli sınığı xəsarətləri ilə müşayət olunan meyiti Yasamal rayonu, Şərifzadə küçəsi 8 saylı ünvanda yerləşən yaşayış binasının qarşısındakı idman meydançasında aşkar edilib.
Bakı şəhər prokurorluğu, Yasamal rayon prokurorluğu, Bakı şəhər Baş Polis İdarəsi və Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının, məhkəmə-tibb ekspertinin iştirakları ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri təxirəsalınmaz istintaq-əməliyyat hərəkətləri aparılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanmaqla, Bakı şəhər prokurorluğunun və şəhər BPİ-nin əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb.

Hazırda iş üzrə şəhər prokurorluğunda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi