“Proqres” erməni futbolçusunu gətirməməyinə aydınlıq gətirdi

proqres-ermeni-futbolcusunu-getirmemeyine-aydinliq-getirdi
Oxunma sayı: 1689

Lüksemburqun “Proqres” klubunun baş məşqçisi Paolo Amodio Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”ylə qarşılaşma öncəsi mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, o, media qarşısına klubun idman direktoru Tomas Jiljeman və əslən türk olan futbolçu Mətin Karayerlə birgə çıxıb.

T.Jiljeman “Peoqres”in erməni hücumçusu Aleksandr Karapetyanı Azərbaycana gətirməməklərinin səbəbini belə izah edib:

“Çox həssas bir məqamdı. “Fair Play” qaydalarına əsas tutaraq Karapetyanı Lüksemburqda qoyduq. Halbuki, o, ötən mövsümdə 29 qol vurub, bizim üçün vacib futbolçudu. Sadəcə, hər iki komandanı çətin vəziyyətdə qoymamaq, azarkeşləri düşünərək bu addımı atdıq”.

Baş məşqçi Paolo Amodio isə mərhələni keçəcəklərindən əmin danışıb:

“Özümüzə əmin olmasaq, bura gəlməzdik, matça çıxmarıq. Ancaq “Qəbələ”nin çox təcrübəli komanda olduğunu da bilirik. Yenidən tarix yazmaq istəyirik.

Bilirik ki, “Qəbələ” yaxşı bir müdafiəyəmeylli, səviyyəli iki hücumameylli futbolçu alıb, iki futbolçusunu isə icarədən qaytarıb. Bununla qarşıdakı rəqibimizi çox yaxşı tanıdığımızı demək istəyirik. “Qəbələ” favoritdi, ancaq öz şansımızı qorumaq istəyirik. Uzun yolçuluqdan sonra məşq edib, sabahkı matça hazır olmağa çalışacağıq”.