Prosineçki Azərbaycan millisində qala bilər

prosinecki-azerbaycan-millisinde-qala-biler
Oxunma sayı: 1063

“AFFA ilə danışıq masasına oturacam. İki həftə sonra Bakıya gedirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xorvatiya mətbuatına açqılamasında Azərbaycanlı millisi ilə müqaviləsi dekabrda başa çatacaq baş məşqçi Robert Prosineçki deyib. 

O, Bakıya qayıdıb son qərarı verəcəyini bildirib: "Son qərarı Bakıda verəcəm. Məqsədim gedib ya işimə davam etmək, ya da son qoymaqdır". 

Prosineçki Sloveniya millisində çalışa biləcəyini də deyib: "Sloveniya millisində çalışa bilərəm. Amma onların zəngini gözləyirəm".