Prosineçki millini tənqid edənlərə cavab verdi - “Qəribə adamlar var”

prosinecki-millini-tenqid-edenlere-cavab-verdi
Oxunma sayı: 2000

Millimizin baş məşqçisi Robert Prosineçki ölkəsinin mətbuatına açıqlama verib.  “Qafqazinfo” xəbər verir ki, o, açıqlamasında Xorvatiya - Ukrayna matçında qeydə alınan nəticəyə görə yığmanı tənqid edənləri qınayıb.

Məsələ burasındadı ki, sözügedən qarşılaşmada Xorvatiya millisi rəqib üzərində 1:0 hesablı qələbəyə sevinib. Prosineçki də, açıqlamasında qələbəyə baxmayaraq, edilən tənqidlərə təəccübləndiyini bildirib:

 "Bizdə qəribə adamlar var. Komanda qalib gəlib, amma tənqid edirlər. Halbuki Xorvatiya güclü komandaya qalib gəlib. Andrey Şevçenkonun gəlişindən sonra Ukrayna millisi daha yaxşı çıxış edir. Fikrimcə, bu qələbə sayəsində Xorvatiya Rusiyada keçiriləcək dünya çempionatına doğru ciddi addım atdı”.

Qeyd edək ki, hazırda Xorvatiya 13 xalla I qrupunun lideridir.