Prosineçki “Trabzonspor”la razılığa gəlib

prosinecki-trabzonsporla-raziliga-gelib
Oxunma sayı: 1619

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki “Trabzonspor”u çalışdırmağa yaxındı. “Qafqazinfo” xəbər verir ki, Türkiyənin məşhur "Fanatik" nəşri Qaradəniz təmsilçisinin xorvatiyalı mütəxəssislə razılığa gəldiyi iddia edib. 

Klub rəhbərliyi əvvəlcə Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Tərimlə danışıqlar apardığı bildirilir. Ancaq təcrübəli mütəxəssis yaxın zamanda vətənində çalışmaq istəmədiyini bildirilib. Bundan sonra rəhbərlik Prosineçki ilə görüşərək razılığa gəlib. Xorvatiyalı mütəxəssislə müqaviləylə bağlı bəzi məsələlər həll olunduqdan sonra onun rəsmi anlaşmaya imza atacağı gözlənilir. Prosineçki ilə Sloveniya, Avstriya, Bosniya və Herseqovina millilərin də maraqlandığı deyilirdi.

Xatərladaq ki, millimizin çalışdırıcısı daha öncə Türkiyə Super Liqasında "Kayserispor"un baş məşqçisi olub.