Prosineçki və Rəşad kimə səs verib?

prosinecki-ve-resad-kime-ses-verib
Oxunma sayı: 1824

Londanda FİFA-nın təşkil etdiyi ilin ən yaxşı futbolçusu və məşqçisi seçimində kimin kimə səs verməsi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, ölkəmizi səsvermədə təmsil edən millinin baş məşqçisi Robert Prosineçki və komandanın kapitanı Rəşad Sadıqovun seçimi bəlli olub:

Robert Prosineçki

Ən yaxşı baş məşqçi: 1. Zinəddin Zidan (“Real”), 2. Antonio Konte (“Çelsi”), 3. Leonardo Jardim (“Monako”)

Ən yaxşı oyunçu: 1. Lionel Messi (“Barselona”), 2. Kristiano Ronaldo (“Real”), 3. Luka Modriç (“Real”)

 

Rəşad Sadıqov

Ən yaxşı baş məşqçi: 1. Zinəddin Zidan (“Real”), 2. Massimilano Alleqri (“Yuventus”), 3. Antonio Konte (“Çelsi”)

Ən yaxşı oyunçu: 1. Kristiano Ronaldo (“Real”), 2. Neymar (“Barselona”/PSJ), 3. Lionel Messi (“Barselona”)

Xatırladaq ki, ilin ən yaxşı baş məşqçisi “Real Madrid”in çalışdırıcı Zinəddin Zidan, ilin ən yaxşı futbolçusu isə eyni klubun hücumçusu Kriştiano Ronaldo seçilib