Prosineçkinin istefası qəbul olunmadı

Prosineçkinin istefası qəbul olunmadı
Oxunma sayı: 1184

Bosniya və Herseqovina millisinin baş məşqçi postundan ayrılmaq istəyən Robert Prosineçkinin  istefası qəbul olunmayıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə sözügedən ölkənin Futbol İttifaqının İcraiyyə Komitəsi qərar verib.

Qeyd edək ki, xorvatiyalı mütəxəssis AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində səfərdə Ermənistana 2:4 hesabı ilə uduzduqları oyundan sonra istefa verdiyini açıqlamışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi