Prosineçkiyə növbəti təklif

prosineckiye-novbeti-teklif
Oxunma sayı: 1978

Azərbaycan millisindən ayrılan xorvatiyalı mütəxəssis Robert Prosineçki daha bir ölkədən təklif aldığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, daha öncə Sloveniya Futbol Federasiyası ilə danışıqlar apardığını açıqlayan Prosineçki, indi isə Bosniya və Hersoqovina millisinin başına keçə biləcəyini bildirib.

48 yaşlı məşqçi deyib ki, gələn həftə danışıqlara start veriləcək:

“Bosniyalı rəsmilərin mənimlə görüşmək istəməsindən məmnun oldum. Ən qısa zamanda oraya səfər edəcəyəm”.

Qeyd edək ki, Bosniya və Hersoqovina 2018-ci il Dünya Çempionatına vəsiqə qazana bilmədiyi üçün Bazdareviç ilə yollarını ayırmışdı.