Protokol etibarsızdır

protokol-etibarsizdir
Oxunma sayı: 649

ANS PRESS-in “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə parlamentinin daxili nizamnaməsinə əsasən qurumun əvvəlki heyəti tərəfindən müzakirə olunmayan qanun layihələrinin hüquqi qüvvələri bitmiş sayılır.

Lakin Türkiyə qanunvericiliyi hökumət və ya deputatlar tərəfindən sənədin yenidən gündəliyə gətirilməsini də nəzərdə tutur.

Qeyd edək ki, Türkiyə və Ermənistan arasında diplomatik əlaqələrin bərpa edilməsinə dair protokollar 2009-cu ilin 10 oktyabr tarixində Sürixdə imzalanıb. Protokollardan biri iki ölkə arasında münasibətlərin inkişafını, digəri isə diplomatik münasibətlərin qurulmasını nəzərdə tutur. Lakin Ermənistan Türkiyənin ön şərt irəli sürməsini bəhanə gətirərək 2010-cu ilin 22 aprelində bu prosesin dondurulması haqqında qərar qəbul edib.