Prustun bu romanı rekord məbləğə satıldı

prustun-bu-romani-rekord-meblege-satildi
Oxunma sayı: 1080

Parisdə keçirilən hərracda fransız yazıçı Marsel Prustun “İtmiş zamanın axtarışında” çoxcildliyinin “Svana doğru” əlyazması 1,5 milyon avroya satılıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu, fransız dilində olan əsər üçün rekord məbləğ sayılır. 

Qeyd edək ki, roman 1913-cü ilin noyabrında işıq üzü görüb. O, “İtmiş zamanın axtarışında” 6 cildliyinin ilk romanıdır.