Psixoloqlar Allahın fotorobotunu hazırladılar

psixoloqlar-allahin-fotorobotunu-hazirladilar
Oxunma sayı: 5800

Ameriklı psixoloqlar Allahın fotorobotunu hazırlayıblar.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, foto Şimali Amerika xristianları arasında aparılmış elmi araşdırmaların nəticələrinə əsasən tərtib edilib. Sorğu zamanı məlum olub ki, insanların əksəriyyəti Allahı gənc, ağdərili kişi obrazında təsəvvür edir. Siyasi görüşləri fərqli olanların Allah haqqındakı təsəvvürü də fərqlidir. Mühafizəkarlar Allahı sərt, hökmran kimi, liberallar isə xoşxasiyyət və afroamerikalı cizgilərdə təsvir ediblər. 

Sorğuda 511 amerikalı iştirak edib. Onlardan 330-u kişi, 181-i qadın olub.