PSJ darmadağınla qalib gəldi - Video

psj-darmadaginla-qalib-geldi
Oxunma sayı: 1653

Fransa çempionatında 18-ci turdan təxirə salınmış oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, lider PSJ səfərdə “Dijon”la qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib.

Bu qələbədən sonra xalını 74-ə çatdıran Paris təmsilçisi ən yaxın izləyicisi “Lill” klubu ilə xal fərqini 17-yə yüksəldib.

Qeyd edək ki, PSJ-nin daha bir oyunu ehtiyatdadır. Çempionatın bitməsinə isə 10 tur qalıb.

“Dijon” - PSJ - 0:4

Qollar: Markinyos, 7, Mbappe, 40, Di Mariya, 50, Çupo-Motinq, 90+1