PSJ-dən qol şousu - 9 qolla qalib gəldi + Video

psj-den-qol-sousu
Oxunma sayı: 2519

Fransa çempionatında 21-ci turun oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, lider PSJ öz meydanında “Qenqam”la qarşılaşıb və rəqibini meydançaya çıxmağa peşman edib.

Paris təmsilçisi “Qenqamı” 9:0 məğlub edərək tarixi qələbəyə imza atıb.

Qeyd edək ki, hazırda 53 xala malik olan PSJ ən yaxşın izləyicisi “Lill”dən 13 xal öndədir.

PSJ - “Qenqam” - 9:0

Qollar: Neymar, 11, 68, Kilian Mbappe, 47, 45, 80, Edinson Kavani, 59, 66, 75, Tomas Mönye, 83

Ötən mövsümü ikinci pillədə bitirən, bu mövsüm isə uğursuz çıxış edən “Monako” isə öz meydanında darmadağına məruz qalıb. “Starsburq”la qarşılaşan “Monako” 1:5 hesabı ilə məğlub olub. Knyazlıq təmsilçisi hazırda sondan ikinci pillədə qərarlaşıb.

“Monako” - “Strasburq” - 1:5

Qollar: 12 - Ayorq (0:1), 17 - Tomasson (0:2), 22 - Falkao (1:2), 63 - Sissoko (1:3), 68 - Ayorq (1:4), 90+4 - Fofana (1:5)