PSJ-dən türk futbolçuya böyük şans - Çempionlar Liqası heyətinə daxil edildi

PSJ-dən türk futbolçuya böyük şans
Oxunma sayı: 2342

PSJ türk futbolçusu Mətəxan Güclünü Çempionar Liqasında iştirak etmək üçün UEFA-ya təqdim etdiyi siyahıya daxil edib.

“Qafqazinfo” xəbər verir ki, PSJ-nin akademiyasında yetişən 19 yaşlı hücumçu şans veriləcəyi təqdirdə 12 fevralda “Mançester Yunayted”ə qarşı forma geyinə biləcək.

Həm Türkiyə, həm də Fransa vətəndaşlığı olan gənc futbolçu PSJ-nin müxtəlif yaş qruplarında forma geyinib. 2017-ci ildən klubun B komandasında çıxış edir, bu mövsümdən etibarən isə əsas heyətlə məşqlərə çıxır.

Mətəxan Güclü milli komanda seçimini isə Türkiyəyə edib. O, “ay-ulduzlular”ın U-17, U-18 və U-19 heyətlərində 12 oyunda 3 qola imza atıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi