PSJ-yə şok itki- Neymar zədələndi

PSJ-yə şok itki- Neymar zədələndi
Oxunma sayı: 2077

Fransa I Liqasının lideri PSJ ciddi itkiylə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, komandanın aparıcı üzvü Neymar sıradan çıxıb. Braziliyalı superulduz çempionatın 27-ci turunda "Marsel"lə matçda zədələnib. Qarşılaşmanın 76-cı dəqiqəsində ayağı burxulan futbolçu göz yaşları içində meydanı tərk edib. Neymarın zədəsiylə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, PSJ "Marsel"i 3:0 hesabıyla məğlub edib və 71 xalla zirvədəkəi mövqeyini möhkəmləndirib. Paris klubu ÇL-də ilk matçda 1:3 hesabıyla uduzduğu "Real"ı martın 6-da qəbul edəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi