PSY konsert verəcək

psy-konsert-verecek-
Oxunma sayı: 651

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur “Gangnam Style” mahnısının ifaçısı PSY Türkiyədə konsert vermək üçün 250 min dollarlıq müqavilə imzalayıb. Məlumata görə, PSY-nin Acun Ilıcalının “O ses Türkiyə” müsabiqəsinin finalında iştirak edəcəyi də gözlənilir. PSY-nin müsabiqədə iştirakına təşkilatçılar əlavə pul ödəyəcəklər.

Qeyd edək ki, Cənubi Koreyalı sənətçi “Gangnam Style” adlı mahnısı ilə bir neçə ayda 7.9 milyon dollar qazanıb. Fərqli rəqslərlə müşayiət olunan və ritmi ilə seçilən “Gangnam Style” dünyada ən çox gəlir toplayan mahnılar siyahısına daxil olub.