“Pucca” Eskobarla bağlı tvitinə görə 6 ilə yaxın cəza aldı

pucca-eskobarla-bagli-tvitine-gore-6-ile-yaxin-ceza-aldi
Oxunma sayı: 2020

Türkiyədə sosial media fenomeni, bir neçə kitab müəllifi olan “Pucca” ləqəbli Pınar Qaragöz yazdığı statusa görə həbs cəzası alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə fenomen instaqram hesabında ağlayaraq paylaşdığı videoda məlumat verib. Belə ki, ötən il o, “Narcos“ serialını izlədikdən sonra tvitterində bu haqda yazıb və onun bu addımı narkotik maddələrə təşviq kimi qiymətləndirilib. 2018-ci ildə başlayan məhkəmə prosesi bu gün yekunlaşıb və Anadolu məhkəməsində fenomenin 7 il həbs cəzası alması istənilib.

Yekun qərara əsasən, Qaragöz 5 il 10 ay həbs və 66 min 660 TL (təxminən 20 min AZN) pul cəzası alıb. Bu məqamda bildirək ki, Pınar Qaragöz bir müddət əvvəl boşanıb, himayəsində Batı adlı azyaşlı oğlu var.

Qeyd edək ki, “Narcos” serialında kolumbiyalı narkobaron Pablo Eskobarın həyatından bəhs olunur. 1989-cu ildə “Forbes” jurnalı onun narkobiznes sahəsində 30 milyard dollar sərvət qazandığını açıqlamışdı. Eskobar 1993-cü ildə ölüb.