Puçdemon və 8 nazir haqqında həbs qərarı verildi

Puçdemon və 8 nazir haqqında həbs qərarı verildi
Oxunma sayı: 888

İspaniyanın Kataloniya muxtariyyətinin keçmiş rəhbəri Karles Puçdemon və hökumətin keçmiş 8 naziri haqqında İspaniya Ali Məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Belçikada olan Puçdemonun və nazirlərin həbs edilməsi üçün Avropa İttifaqına da müraciət edilib.

Katalon liderin vəkili Puçdemonun hazırda məhkəməyə gəlməsi üçün şəraitin uyğun olmadığını açıqlayıb. Nazirlərdən bir neçəsi isə video-konfrans yolu ilə məhkəmədə ifadə verə biləcəklərini bildiriblər.

Qeyd edək ki, Kataloniyada hökumətin və müstəqillik qətnaməsinin ləğv edilməsindən sonra Karles Puçdemon Belçikaya qaçmışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi