Puçdemonun beynəlxalq axtarışı dayandırıldı - Gözlənilməz qərar

pucdemonun-beynelxalq-axtarisi-dayandirildi
Oxunma sayı: 1137

İspaniya Ali Məhkəməsi Kataloniya muxtariyyətinin sabiq rəhbəri Karles Puçdemon və 4 nazir haqqında Avropa miqyasında beynəlxalq axtarış qərarını ləğv edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlar haqqında İspaniyada həbs qərarı isə qüvvədə saxlanılıb.

Hakim Pablo Llarena qərarın dəyişməsinə səbəb olaraq hüquqi aktları göstərib. O, Avropadakı axtarışın İspaniyada davam edən istintaqa mənfi təsir edə biləcəyini söyləyib.

Xatırladaq ki, Kataloniya oktyabrda referendumdan sonra müstəqillik elan etmişdi. Bundan sonra İspaniya hökuməti sərt qərar alaraq Kataloniya hökumətini ləğv etmiş, bir neçə naziri isə həbs etmişdi. Puçdemon və 4 nazir isə Belçikaya sığınmışdı.