Pul kisəsi oğurlayanda kameraya düşdü - Foto

Pul kisəsi oğurlayanda kameraya düşdü
Oxunma sayı: 700

Nərimanov rayonunda yerləşən iri ticarət mərkəzlərindən birində fəaliyyət göstərən mağazada oğurluq hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən həmin mağazanın müştərisi İbrahim Allahverdiyev həyat yoldaşının içərisində 300 manat olan pul kisəsinin naməlum şəxs tərəfindən oğurlandığını bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər məhkum olunmuş Şəfa İsmayılov saxlanılıb.

Qeyd edək ki, saxlanılan şəxsin mağazada törətdiyi oğurluq əməli obyektin təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Saxlanılan şəxs ifadəsində etdiyi cinayəti etiraf edib.  



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi