“Pul lazım deyil, Ardanı qaytarın”

pul-lazim-deyil-ardani-qaytarin
Oxunma sayı: 650

“Qafqazinfo” xəbər verir ki, həmin sürpriz “Atletiko” Madridin ulduz futbolçusu Arda Turan ola bilər. Belə ki, “Atletiko” Ardanı transfer edəndən bu yana “Qalatasaray”a qalan 8 milyon avroluq borcunu ödəyə bilməyib. Buna görə də “Cim Bom”un prezidenti Ünal Aysal “Atletiko” klubuna müraciət edərək deyib ki, “Pulun qalanını verməyin, Arda Turanı “Qalatasaray”a qaytarın”

Ancaq “Atletiko” Madrid rəhbərliyi bu təklifə bir mənalı yanaşmayıb. Klub rəsmisinin sözlərinə görə onlar Ardanı transfer edəndə, başqa kluba gedəcəyi təqdirdə 24 milyon avro transfer qiyməti qyublar. “Biz Ardanı heyətimizə qatanda, onun nə vaxtsa klubdan ayrılacağını fikirləşib, 24 milyon avro transfer qiyməti qoymuşuq. İndi biz onu 8 milyon avroya necə “Qalatasaray”a qaytaraq?”

İqbal