Pulqabıdan 4 min oğurladı

Pulqabıdan 4 min oğurladı
Oxunma sayı: 5

İyulun 14-də Sumqayıt şəhər sakini Y.İ həmin gün saat 11 radələrində paytaxtın Q.Qarayev prospektindəki ticarət mərkəzlərindən birinin qarşısında park etdiyi avtomobilindən oğurluq edilməsi barədə Nizami RPİ-nin 24-cü Polis Bölməsinə müraciət edib. 

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, zərərçəkmiş izahatında qapılarını açıq saxladığı avtomobilindən içərisində 4000 manat olan pulqabısının oğurlandığını bildirib.

Araşdırmalarla  hadisəni əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Rövşən Əşrəfovun törətməsi müəyyən edilib. O, oğurluğu törətdiyini etiraf edərək bazarın qarşısında saxlanılan "Fiat" markalı avtomobilin sahibinin aldığı ərzaqları yük yerinə qoyduğundan başının qarışıq olmasından istifadə edərək ön oturacağın üstündəki pulqabını götürərək oradan uzaqlaşdığını bildirib.  

R.Əşrəfovun üzərinə baxış zamanı 2400 manat pul aşkar edilib. O, həmin məbləğin oğurladığı pulqabıdakı 4000 manatdan qaldığını, digər hissəsini isə ehtiyaclarına sərf etdiyini bildirib.  

Faktla əlaqədar Nizami RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanılıb.   

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi